Rusiyalı baş məşqçiyə Qazaxıstanda 2 illik cəza verilib

 Qazaxıstan Futbol Federasiyası "Astana" klubunun baş məşqçisi Andrey Tixonovu cəzalandırıb.
Şəffaflıq.az-ın məlumatına görə, buna rusiyalı mütəxəssisin "Kayrat"a 0:1 hesabı ilə uduzduqları çempionat oyununda rəqib komandaya hörmətsizlik etməsi səbəb olub.
51 yaşlı baş məşqçi ilk hissənin sonlarında futbolçularını meydandan çıxarıb. Nəticədə görüşdə məcburi fasilə yaranıb.
Federasiya bu hərəkətinə görə Tixonovu öz bayrağı altında keçirdiyi yarışlardan 2 il müddətinə diskvalifikasiya edib. "Astana"nın erməni futbolçusu Tiqran Barseqyan isə azarkeşlərə qarşı təhqiredici jest və nalayiq davranışa görə 1 aylıq cəzalanıb. Hər iki şəxsin cəza müddəti oktyabrın 25-dən hesablanır.
Qeyd edək ki, "Kayrat" "Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən biridir. Ağdam klubu III turda Bakıda Almatı təmsilçisinə 2:1 hesabı ilə qalib gəlib. Komandalar arasında növbəti görüş noyabrın 4-də Qazaxıstanda keçiriləcək.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}