“Azəriqaz”ın əməkdaşlarına xəsarət yetirilib.-VİDEO

 Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) əməkdaşlarına xəsarət yetirilib.
Bu barədə Şəffaflıq.az-a “Azəriqaz” İB-dən məlumat verilib.
Bildirilib ki, birliyin Salyan Regional qaz istismarı İdarəsinin Saatlı xidmət sahəsinin əməkdaşları xidməti fəaliyyətlərini həyata keçirərkən fiziki hücuma məruz qalıblar: “Onların arasında çilingər kimi çalışan Tahir Dostəliyev daha çox xəsarət alıb. Birliyin əməkdaşları vətəndaşlara borclu əhali istehlakçılarının vaxtlı-vaxtında ödənişi etmələrini izah etsələr belə, Azadkənd kəndinin sakinləri Afiq Ələsgərov və onun əmisi Cəlal Ələsgərov öz aqressiv davranışlarını dayandırmayıblar. Onlar Saatlı xidmət sahəsinin Təbii qazın qəbulu və satışı xidmətinin rəisi Nicat Əliyevə və həmin xidmətin çilingəri Tahir Dostəliyevə xəsarət yetiriblər. Vətəndaşı sakitləşdirməyə çalışan kənd sakini, “TəmizQaz” QSC-nin Şirvan Regional Mərkəzinin əməkdaşı Ziyafət Məmmədovun da üz nahiyəsinə yumruq zərbəsi ilə xəsarət yetirilib".
"Faktla bağlı hadisə yerindən Ziyafət Məmmədov tərəfindən DİN-nin “102” zəng mərkəzinə məlumat verilib. Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri əməliyyat və prosessual addımlar atılıb. Məsələ ilə bağlı ekspertizanın nəticələri əsasında zəruri istintaq tədbirləri görüləcək”, - məlumatda qeyd edilib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}