“Azəriqaz”ın rəhbəri işdən çıxarıldı – Yeni təyinat

 Növbəti kadr islahatı “Azəriqaz” İstehsalat Birliyində (İB) aparılıb.
Şəffaflıq.az Modern.az-a istinadən məlumatına görə, “Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Əkbər Hacıyev vəzifəsindən azad olunub.
Dövlət Neft Şirkətinin (SOCAR) Prezidenti Rövnəq Abdullayevin digər sərəncamı ilə onun yerinə “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev gətirilib.
Yeni baş direktor təyinat xəbərini təsdiqləyib. R.Əliyev ona göstərilən etimadı doğruldacağını deyib: “Bəli, məlumat doğrudur. Təbrik edən hər kəsə təşəkkür edirəm. Böyük etimaddır. Bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}