Bakıda qadınların uşaqları ilə birlikdə yolu bağlamasının səbəbi məlum oldu – FOTO

 

Bu gün bir qrup məcburi köçkün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qarşısındakı yolu kəsməyə cəhd göstərərək nəqliyyatın hərəkətinə mane olmağa çalışıblar.

Şəffaflıq.az BAKU.WS-ə istinadən xəbər verir ki, onlar Binəqədi rayonunda yerləşən avtobazanın həyətindəki tikililərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrin üzvləridir və mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

Dövlət Komitəsinin məsul əməkdaşları həmin şəxsləri qəbul edib, onların müraciətlərini dinləyiblər.

Məcburi köçkünlərə bir daha bildirilib ki, bu kateqoriyadan olan vətəndaşların yeni mənzil-məişət şəraitinin yaxşılaşdırılması hər zaman Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət mərkəzindədir, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir.

Məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunmuş Dövlət Proqramı və ona edilmiş Əlavələrdə göstərilən konkret köçürülmə obyektləri üzrə mərhələli şəkildə aparılır.

Mənzil-məişət şəraitinin yaxşılaşdırılması əlaqədar müraciətlər Dövlət Komitəsinin İşçi qrupu tərəfindən araşdırılır, nəticələr müvafiq qaydada komissiyaya təqdim edilir. Komissiyanın rəyi əsasında müvəqqəti məskunlaşma obyektlərindən məcburi köçkünlərin köçürülməsi barədə qərar qəbul edilir.

Fövqəladə Hallar Nazirliyi tərəfindən qəzalı vəziyyətdə olması barədə rəy verilmiş binalarda, yataqxana, zirzəmi və yarımtikililərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər yeni mənzillə birinci növbədə təmin edilir və bu proses mərhələli şəkildə aparılır.

Vətəndaşların öz tələblərini çatdırmaq vasitəsi kimi avtomaşınların hərəkətinə mane olmaq, yolu bağlamağa cəhd etmək məsələsinə gəldikdə isə bu, ictimai asayişin pozulması faktıdır. Belə faktlara müvafiq dövlət orqanları tərəfindən hüquqi qiymət verilir.




Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}