10 milyonuncu sakinin şərəfinə böyük tədbir keçiriləcək

 “10 milyonuncu körpənin valideynləri ağdərəlidirlər, Bakıda köçkün kimi yaşayırlar”.
 
Şəffaflıq.az bildirir ki,bu barədə Modern.az-a Azərbaycanın 10 milyonuncu sakinin dünyaya gəlməsi haqqında təəssüratlarını bölüşərkən deputat Aqil Abbas söyləyib. O ailəyə təbriklərini dilə gətirib və körpəyə can sağlığı arzulayıb:
 “Bu sevindirici xəbərdir. Çox qəribədir ki, 10 milyonuncu körpəsi işğal olunmuş torpaqlarımızın sakinidir. Ailəsi Ağdərə rayonundandır, məcburi köçkündürlər. Övlad Bakıda dünyaya gəldi. Amma mən arzu edirəm ki, Allah onu Ağdərəyə qaytarsın, orada böyüsün, orada təhsil alsın, orada yaşasın. Elə bizim hamımız onunla birlikdə Ağdərəyə qayıdaq, yenidən Qarabağın azad olunmasına sevinək”.
 Hazırda Ağcabədi rayonunda olduğunu qeyd edən A.Abbas deyib ki, sabah rayonda bununla bağlı böyük tədbir keçiriləcək:
 “Mən seçicilərimlə görüşə gəlmişəm. Ağcabədidəyəm. Elə icra başçısı bir müddət əvvəl məlumat verdi ki, sabah bununla bağlı böyük tədbir keçiriləcək. Mən özüm də tədbirdə iştirak edəcəyəm”.
 Qeyd edək ki, Bakı şəhərində dünyaya gələn qız uşağının valideynləri keçmiş Ağdərə rayonu sakini, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı və Həsənov Rauf Yunis oğludur.
 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}