"Sumqayıt" klubu baş məşqçi və futbolçusuna görə cərimələnib

 "Sumqayıt" klubunun futbolçusu Murad Xaçayev və baş məşqçi Ayxan Abbasov cəzalandırılıb.
Şəffaflıq.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.
Xaçayev səfərdə "Sabah" komandasına 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VIII tur matçında “aqressiv hərəkət”ə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Ona 5 oyun cəza, klubuna 4000 manat cərimə kəsilib.
Oyunsonrası mətbuat konfransında isə “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov hakimin idarəçiliyinə qarşı qeyri-etik ifadələr işlədib. Bu səbəbdən, klub 1600 manat ziyana düşüb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}