Əsas Səhifə > İdman > "Sumqayıt" klubu baş məşqçi və futbolçusuna görə cərimələnib

"Sumqayıt" klubu baş məşqçi və futbolçusuna görə cərimələnib


29-10-2021, 14:56
 "Sumqayıt" klubunun futbolçusu Murad Xaçayev və baş məşqçi Ayxan Abbasov cəzalandırılıb.
Şəffaflıq.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.
Xaçayev səfərdə "Sabah" komandasına 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VIII tur matçında “aqressiv hərəkət”ə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Ona 5 oyun cəza, klubuna 4000 manat cərimə kəsilib.
Oyunsonrası mətbuat konfransında isə “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov hakimin idarəçiliyinə qarşı qeyri-etik ifadələr işlədib. Bu səbəbdən, klub 1600 manat ziyana düşüb.

Geri qayıt