2021-ci ilin ən yaxşı oyunçusu adına namizədləri açıqlayıb.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2021-ci ilin ən yaxşı oyunçusu adına namizədləri açıqlayıb.
Şəffaflıq.az-ın məlumatına görə, siyahıda 32 futbolçu yer alıb. Onların arasında Fransa PSJ-sində çıxış edən Lionel Messi, Neymar və Kilian Mbappe, İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Kriştianu Ronaldu və Almaniya "Bavariya"sının bombardiri Robert Levandovskinin də adları var.
İlin ən yaxşısı adına namizədlər aşağıdakılardır:
Canluici Donnarumma, Kilian Mbappe, Lionel Messi, Neymar, Markinyos, Əşrəf Hakimi (hamısı PSJ, Fransa), Leonardo Bonuççi, Ueston Makkenni (hər ikisi "Yuventus", İtaliya), Jorjinyo, N Qolo Kante (hər ikisi "Çelsi", İngiltərə), Kevin De Bröyne, Rahim Sterlinq, Riyad Mahrez (hamısı "Mançester Siti", İngiltərə), Robert Levandovski, Alfonso Deyvis (hər ikisi "Bavariya", Almaniya), Kriştianu Ronaldu ("Mançester Yunayted", İngiltərə), Erlinq Holann, Covanni Reyna (hər ikisi "Borussiya" Dortmund, Almaniya), Rodriqo De Paul, Luis Dias, Mehdi Taremi (hamısı "Portu", Portuqaliya), Kazemiro ("Real Madrid", İspaniya), Qabriel Barboza ("Flamengo", Braziliya), Əkrəm Afif ("Əl Sədd", Qətər), Sərdar Azmun ("Zenit", Rusiya), Son Xın Min ("Tottenhem", İngiltərə), Əli Mabhut ("Əl Cəzirə", Birləşmiş Ərəb Əmirlikləri), Sadio Mane, Məhəmməd Salah (hər ikisi "Liverpul", İngiltərə), Kalidu Kulibali ("Napoli", İngiltərə), Raul Ximenes ("Vulverhempton", İngiltərə), Ektor Errera ("Atletiko Madrid", İspaniya).
Qeyd edək ki, IFFHS 2021-ci ilin ən yaxşı futbolçusunun adını noyabrın sonlarında açıqlayacaq.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}