İlin ən yaxşı futbolçusu Messi və Klopp 1-ci oldu

 "World Soccer Awards" 2019-cu ilin ən yaxşılarının adlarını açıqlayıb.
Şəffaflıq.az xəbər verir ki, "Barselona"nın kapitanı Lionel Messi ilin ən yaxşı futbolçusu seçilib. O, bununla da 5-ci dəfə bu ada layiq görülür. Vircil van Deyk ikinci, Sadio Mane (hər ikisi "Liverpul") üçüncü olub.
İlin ən yaxşı baş məşqçisi "Liverpul"un çalışdırıcısı Yürgen Klopp seçilib.
İlin ən yaxşı 10 futbolçusu

1. Lionel Messi ("Barselona"/Argentina) - 613 səs
2. Vircil van Deyk ("Liverpul"/Hollandiya) - 602
3. Sadio Mane ("Liverpul"/Seneqal) - 366
4. Kriştiano Ronaldo ("Yuventus"/Portuqaliya) - 307
5. Kilian Mbappe (PSJ/Fransa) - 216
6. Məhəmməd Salah ("Liverpul"/Misir) - 200
7. Alisson Beker ("Liverpul"/Braziliya) - 154
8. Robert Levandovski ("Bavariya"/Polşa) - 142
9. Frenki de Yonq ("Ayaks"-"Barselona"/Hollandiya) - 140
10. Eden Hazard ("Çelsi"-"Real"/Belçika) - 126
10. Rahim Sterlinq ("Mançester Siti"/İngiltərə) - 126

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}