Çempionlar Liqasında III turun ən yaxşı oyunçusu müəyyənləşdi - FOTO
"Mançester Siti"nin hücumçusu Rahim Sterlinq Çempionlar Liqasında 3-cü turun ən yaxşı oyunçusu seçilib.
Şəffaflıq.az goal.az-a istinadən xəbər verir ki, bu haqda UEFA-nın saytı məlumat yayıb. 24 yaşlı ingilis "Atalanta" ilə matçda (5:1) het-trik edib və 2 qolun ötürməsini verib.
Qeyd edək ki, həftənin ən yaxşı oyunçusu adına namizədlər sırasında Kilian Mbappe (PSJ), Aleks Oksleyd-Çemberlen ("Liverpul") və Paulo Dibala ("Yuventus") da olub.
Xəbəri paylaş
Facebook-da paylaş