17 yaşında Fil Foden "Ginnesin rekordlar kitabı"na düşdü
"Mançester Siti"nin futbolçusu Fil Foden "Ginnesin rekordlar kitabı"na düşüb.
Şəffaflıq.az qol.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçi ən gənc Premyer Liqa çempionu olması ilə fərqlənib. O, iki il əvvəl - 17 yaşında "şəhərlilər"in heyətində 2017-2018-ci illər mövsümünün qalibi olub.
Qeyd edək ki, Fil Foden bu mövsüm "Mançester Siti"nin heyətində cəmi 2 matça çıxıb.
Xəbəri paylaş
Facebook-da paylaş