Milli Paralimpiya Komitəsində yeni təyinatlar olub

 Milli Paralimpiya Komitəsinin (MPK) İcraiyyə Komitəsinin iclası keçirilib.
Şəffaflıq.az xəbər verir ki, toplantıda Afiq Süleymanov qurumun fəxri vitse-prezidenti seçilib.
Eyni zamanda məşqçilər şurası və nizam-intizam komissiyasının heyətləri təsdiq edilib, Qarabağ qaziləri ilə iş və İdman seleksiyası üzrə komissiya yaradılıb.
Məşqçilər Şurasının sədri vəzifəsinə MPK-nın baş katibi Kamal Məmmədov, Nizam-intizam komissiyasının rəhbəri isə komitənin vitse-prezidenti İlham Zəkiyev təyin edilib.
Qarabağ qaziləri ilə iş və idman seleksiyası komissiyasının tərkibinin formalaşdırılması Süleymanova tapşırılıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}