Azərbaycanı Tokioda Milli Paralimpiya komandamızın 38 nəfərlik heyəti təmsil edəcək

Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında iştirak edecek Azərbaycan Milli Paralimpiya komandasının 38 nəfərdən ibarət böyük heyəti bu gün Yaponiyanın Tokio şəhərinə yola düşüblər.
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsindən Milli.Az-a vrilən məlumata görə, komandamızı Komitənin prezidenti İlqar Rəhimov, Baş katibi Kamal Məmmədov, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Fərid Mansurov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Qarabağ qaziləri və komitə işçiləri hava limanında yola salıblar. Yola salma mərasimində Qarabağ qaziləri İlham Əliyev və Elşən Cəbiyev paralimpiyaçılara döyüş yoldaşları adından Azərbaycan bayrağını təqdim edərək milli komandaya uğurlar arzuladılar.
Qeyd edək ki, komandamızın növbəti heyətləri 22 və 26 avqust 2021- ci il tarixlərində Yaponiyaya yola düşəcəklər.
Azərbaycan Milli Paralimpiya komandası Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında ölkəmizi 6 idman növündə 47 kateqoriyada rekord sayda 36 idmançı ilə təmsil edəcək. Oyunlar 24 avqust - 05 sentyabr tarixlərində keçiriləcək.
Oyunlarda iştirak edəcək idmançılarımıza uğurlar arzu edirik.

YENİLMƏZLƏR ZƏFƏRƏ DOĞRU!

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}