Sayca 8-ci Dünya Çempionatına Yollanacaq Komandamızın 11 Parataekvondoçu Təmsil Edəcək.

 Azərbaycan Taekvondo Federasiyasının verdiyi məlumata əsasən.Parataekvondo milli yığma komandamızın dünya çempionatı öncəsi təlim-məşqləri davam edir. Azərbaycan Taekvondo Federasiyasının (ATF) idman zalında keçirilən təlim-məşqlərin sonunda  Türkiyənin Antalya şəhərində (5-6 fevral) təşkil edilən və Sayca 8-ci dünya çempionatına yollanacaq komandamızı 11 parataekvondoçu təmsil edəcək. Baş məşqçi Fərid Tağızadə və böyük məçqçi Yaşar Səfərov bu çempionatda Sadiq Həmidov (K-43) (-61 kq), Elimxan Manafov (K-43) (-75 kq), Nicat Müslümov (K-42) (-75 kq), Emin Nüsrətdinov (K-44) (-61 kq), İmaməddin Xəlilov (K-44) (-61 kq), Əbülfəz Abuzərli (K-44), (-75 kq), Hüseyn Həsənov (K-44) (-75 kq), Vüsal İsmayılov (K-44) (+75 kq), Vüqar Adışirinov (K-44) (+75 kq), Röyalə Fətəliyeva (K-44) (-49 kq), Aynur Məmmədovaya (K-44) (+58 kq) şans verib.Bu gün isə  Azərbaycan Pespublikası  Milli Paralimpiya Komitəsinin (ARMPK) prezidenti, icraiyyə komitəsinin sədri İlqar Rəhimov, ARMPK-nin Baş katibi, icraiyyə komitəsinin üzvü Kamil Məmmədov, Vitse prezident, icraiyyə komitəsinin üzvü  İlham Zəkiyev, ATF-nın vitse-prezidenti Niyaməddin Paşayev komanda ilə görüşüb. Komandaya yaradılan şəraitlə, məşqin gedişatı ilə tanış olan qonaqlar millimizin ötən illər ərzində əlıdə etdiyi nəticələrini qeyd edərək önümüzdəki çempionatda da eyni uğurların təkrarlanacağına inandıqlarını qeyd ediblər. ARMPK-nin prezidenti İlqar Rəhimov Azərbaycan Taekvondo Federasiyasının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidenti, Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərovun taekvondo federasiyasına göstərdiyi qayğı və dəstəyini xüsusi qeyd edərək ona təşəkkürünü bildirib. ATF vitse-prezidenti Niyaməddin Paşayev dünya çempionatı haqqında məlumat verərək hər zaman komandaya dəsdək olacaqlarını bildirib. Taekvondoçulara uğurlar arzulayan rəsmilər milli komanda ilə birgə xatirə şəkli çəkdiriblər.







 
Alxas Məmmədov.
ŞƏFFAFLIQ.Az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}