Akif Nağı Qarabağ Komitəsindən UZAQLAŞDIRILDI - Sabir Rüstəmxanlı komitəyə gəldi
Bu gün Qarabağ Komitəsinin iclası keçirilib. İclasda Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının komitənin idarə heyətindəki üzvlüyünə xitam verilib.
Şəffaflıq.az musavat.com-a istinadən xəbər verir ki, Eyni zamanda, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı QK-ya üzv olub. Deputat Fərəc Quliyevin rəhbəri olduğu Milli Dirçəliş Hərəkatı Partiyasının Qarabağ Departamentinin sədri, partiya sədrinin müavini Şakir Ağayev iclasda iştirak edərək, növbəti toplantıda komitəyə üzv olacağını bəyan edib.
İclas barədə musavat.com-a QK-nın mətbuat xidmətinin rəhbəri Əvəz Zeynallı məlumat verib.
Xəbəri paylaş
Facebook-da paylaş