Şamaxıda şəhid Zöhrab Allahverdiyevin anım mərasimi keçirilib.-FOTO

Bu gün Şamaxıda şəhid Zöhrab Allahverdiyevin anım mərasimi keçirilib.
Şəffaflıq.az xəbər verir ki, anım mərasiminda  Rayon İcra Hakimiyyətinin başçısının  məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, "Qarabağ Qaziləri" İB-ın üzvüləri, müəssisə və təşkilatlar, ictimaiyyət nümayəndələri,  şəhidin yaxınları iştirak ediblər, məzarını ziyarət edib, gül çələngi qoyublar.


Qeyd edirik ki,  Şəhidin atası Sübhan Allahverdiyev birinci qarabağ müharibəsinin iştirakçısı olunb.

Bu gün  anım mərasimində, Sübhan Allahverdiyevin döyüş yoldaşlarıda iştirak ediblər.

Mərasimdə vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən natiqlər 44 günlük Vətən müharibəsində şanlı zəfər qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığını, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyətini qeyd ediblər.
Çıxış edənlər şəhidlərin göstərdiyi şücaətlərdən, qısa və şərəfli döyüş yollarından, onlarla bağlı xatirələrindən danışıblar. Onlar prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının qayğılarını daim diqqət mərkəzində saxladıqlarını, onların göstərdikləri şücaətlərə görə qiymətləndirildiyini qeyd ediblər.
Çıxış edən şəhid atası birinci Qarabağ savaşının iştirakçısı, Sübhan Allahverdiyev göstərdikləri diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz təşəkkürünü bildirib.

Şəhidimiz  Zöhrab Allahverdiyevin şəhidlik zirvəsinə ucalmasından bir il ötür.
Zöhrab Allahverdiyev 2001-ci il sentyabrın 28-də Şamaxı şəhərində anadan olub. 2007-2018-ci illərdə M.K.Veysov adına 6 saylı Şamaxı şəhər tam orta məktəbində təhsil alıb. Subay idi.
Zöhrab Allahverdiyev 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Mingəçevir şəhərində yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi.
Azərbaycan Ordusunun əsgəri olan Zöhrab Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb.
Zöhrab Allahverdiyev oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zöhrab Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Şəhidlərimizi dərin hörmət, sonsuz şükranlıq və minnətdarlıqla anırıq. Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbr versin.
Əfşanə.
Şəffaflıq.azшаблоны для dle 11.2


Facebook-da paylaş


{sape_links}{sape_article}