İsmayıllının İvanovka kəndində şəhidlərin xatirəsinə həsr olunmuş bulağın açılışı olub
Şəffaflıq.az xəbər verir ki,açılış mərasimində Rayon İcra Hakimiyyətinin başçısı, RİH-in məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, müəssisə və təşkilatlar, ictimaiyyət nümayəndələri, şəhidin yaxınları iştirak ediblər.
Pandemiya qaydalarına uyğun təşkil olunan tədbirdə dövlət himni səsləndirilib, vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib,
Mərasimdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı 44 günlük Vətən müharibəsində şanlı zəfər qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığını, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyətini qeyd edib. Bulağın inşa edilməsində əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib.
Çıxış edənlər şəhidlərin göstərdiyi şücaətlərdən, qısa və şərəfli döyüş yollarından, onlarla bağlı xatirələrindən danışıblar. Onlar prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının qayğılarını daim diqqət mərkəzində saxladıqlarını, onların göstərdikləri şücaətlərə görə qiymətləndirildiyini qeyd ediblər.
Çıxış edən şəhid anası göstərdikləri diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə öz təşəkkürünü bildirib.
Tədbirdə Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbin şagirdlərinin ifasında şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib. Sonda şəhid ailələri ilə xatirə şəkli çəkilib.
Vahid İsmayılov.
Şəffaflıq.az
Facebook-da paylaş