Şamaxıda Şəhid İsaxan Qəniyevin adına asılmış bulağın açılışı olub.-FOTO
Sentyabrın 25-də Şamaxı şəhərində şəhid gizir İsaxan İsamxan oğlu Qəniyevin adına asılmış bulağın açılışı olub. Şəffaflıq.az xəbər verir ki, açılış mərasimində Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, RİH-nin digər məsul şəxsləri, şəhid ailələri, müharibə iştirakçıları, qazilər, müəllimlər, din xadimləri, o, cümlədən "Qarabağ qaziləri" İB-nın Şamaxı rayon üzrə nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.44 günlük vətən müharibəsi zamanı doğma torpaq, Vətən uğrunda canını fəda edərək şəhidlik zirvəsinə yüksələnlər həm də öz adını xalqın tarixi yaddaşına həkk etdilər.
Onlardan biri də şəhid Gizir İsaxan Qəniyevdir. Şüacəti, mərdliyi ilə dillərə dastan olan şəhid İsaxan fəxrlə yad edilir...
İsaxan Qəniyev sentyabrın 27-də Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsaxan Qəniyev ölümündən sonra"Vətən Uğrunda"medalı ilə təltif edilib.
Aəzrbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İsaxan Qəniyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.
Vahid İsmayılov.
Facebook-da paylaş