Gürcüstanda peyvənd olunanlar üçün lotereyaya start verilib

Gürcüstanda bu gündən vətəndaşların koronavirus əleyhinə vaksin olunmasının təşviqi məqsədilə lotereya oyunlarının keçirilməsinə başlanılıb.
Şəffaflıq.az xəbər verir ki, peyvənd olunanlara pul mükafatları qazandıracaq kampaniya hər gün təsadüfi seçim əsasında təşkil olunacaq.
Bu ilin sonuna qədər davam edəcək lotereyanın ümumi mükafat fondu 2 milyon 800 min lariyə (900 min ABŞ dollarına yaxın) bərabərdir.
Minimal uduşun məbləği 100 lari təşkil edir. Hər gün 100 laridən 500 lariyədək, hər həftə isə 1 000, 1 500 və 10 min lari məbləğində pul mükafatları oynanılacaq.
Yekun oyun ilin sonuna yaxın keçiriləcək və uduş fondu 100 min lari olacaq.
Qeyd edək ki, sentyabrın 12-nə olan məlumata əsasən, qonşu ölkədə 897 427 nəfər peyvəndin bir, 593 944 nəfər isə iki dozasını qəbul edib.“Report”

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}