Gürcüstanda vaksinasiyanın növbəti mərhələsinə başlanılıb
Bu gündən Gürcüstanda 55 yaşdan yuxarı vətəndaşların koronavirus əleyhinə peyvəndlənməsinə başlanılıb.
Şəffaflıq.az-un yerli bürosu xəbər verir ki, vaksinasiyanın növbəti mərhələsində "AstraZeneca" preparatı tətbiq ediləcək.
Prosesə dialez xəstələri və orqan köçürülən şəxslər də cəlb olunacaq.
Qeyd edək ki, qonşu ölkədə vaksinasiyaya martın 15-dən start verilib. İndiyədək 11 mindən çox şəxs peyvəndlənmədən keçib.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş