Əsas Səhifə > Dünya > Gürcüstanda vaksinasiyanın növbəti mərhələsinə başlanılıb

Gürcüstanda vaksinasiyanın növbəti mərhələsinə başlanılıb


5-04-2021, 14:14
 Bu gündən Gürcüstanda 55 yaşdan yuxarı vətəndaşların koronavirus əleyhinə peyvəndlənməsinə başlanılıb.
Şəffaflıq.az-un yerli bürosu xəbər verir ki, vaksinasiyanın növbəti mərhələsində "AstraZeneca" preparatı tətbiq ediləcək.
Prosesə dialez xəstələri və orqan köçürülən şəxslər də cəlb olunacaq.
Qeyd edək ki, qonşu ölkədə vaksinasiyaya martın 15-dən start verilib. İndiyədək 11 mindən çox şəxs peyvəndlənmədən keçib.



Şəffaflıq.az
Geri qayıt