Əsas Səhifə > Maraqlı / REGİON > Gürcüstanda peyvənd olunanlar üçün lotereyaya start verilib
Gürcüstanda peyvənd olunanlar üçün lotereyaya start verilib13-09-2021, 08:59 |
![]() Şəffaflıq.az xəbər verir ki, peyvənd olunanlara pul mükafatları qazandıracaq kampaniya hər gün təsadüfi seçim əsasında təşkil olunacaq. Bu ilin sonuna qədər davam edəcək lotereyanın ümumi mükafat fondu 2 milyon 800 min lariyə (900 min ABŞ dollarına yaxın) bərabərdir. Minimal uduşun məbləği 100 lari təşkil edir. Hər gün 100 laridən 500 lariyədək, hər həftə isə 1 000, 1 500 və 10 min lari məbləğində pul mükafatları oynanılacaq. Yekun oyun ilin sonuna yaxın keçiriləcək və uduş fondu 100 min lari olacaq. Qeyd edək ki, sentyabrın 12-nə olan məlumata əsasən, qonşu ölkədə 897 427 nəfər peyvəndin bir, 593 944 nəfər isə iki dozasını qəbul edib.“Report” Geri qayıt |