Kürdə boğulan gəncin meyiti sudan çıxarılıb

Kür çayının Salyandan keçən hissəsində boğulan gəncin meyiti çıxarılıb.
Şəffaflıq.az-ın məlumatına görə, 2006-cı il təvəllüdlü Baxışov Emin Əziz oğlunun meyiti ötən gecə FHN-in dalğıc-axtarış qrupu tərəfindən aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, ötən gün axşam saatlarında Salyanın 3 sakininin olduğu qayıq çevrilib. Hadisə nəticəsində 2 nəfər xilas olub, E.Baxışov isə çayda bataraq boğulub.
Faktla bağlı araşdırma aparılır.
“Report”

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}