Kür çayında batmış azyaşlının meyiti tapılıb
Şəffaflıq.az FHN-in saytına istinadən xəbər verir ki, axtarışda olan 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun meyiti bu gün səhər saatlarında FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, aprelin 9-da FHN-in "112" qaynar telefon xəttinə, Kür çayının Sabirabad rayonu, Cəngan kəndi ərazisindən keçən hissəsində 2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızının və 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun batması barədə məlumat daxil olub.
Aprelin 10-da Məryəm Hüseynlinin meyiti tapılıb. Batan şəxslər qardaş-bacıdır.
Şəffaflıq.az
Facebook-da paylaş