Sabirabad sakini Kür çayında batıb
Sabirabad rayon sakini Kür çayında batıb.
Bu barədə Şəffaflıq.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Sabirabad rayonu, Cavad kəndi ərazisindən keçən hissəsində 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş