Kürdə batan yeniyetmələrdən birinin meyiti tapılıb
Şəmkir rayonunda kürdə batan 2 yeniyetmələrdən birinin meyiti tapılıb.
Şəffaflıq.az-ın məlumatına görə, Kür çayının Şəmkir rayon Kür qəsəbəsindən keçən hissəsində çimərkən batan, 2006-cı il təvəllüdlü Məmmədov Fərid Ayaz oğlunun meyiti tapılıb.
Digər, 2005-ci il təvəllüdlü Yusif Araz oğlu Məmmədovun axtarışı isə davam etdirilir.
Qeyd edək ki, hər iki yeniyetmə Şəmkir rayon Kür qəsəbəsində Kür çayında çimən zaman boğulub.
Xəbəri paylaş
Facebook-da paylaş