Rayon rəhbəri və Millət vəkili şəhid və qazi ailəsini ziyarət ediblər

 
İsmayıllı Rayon icra Hakimiyyətinin başçısı Nahid Bağırov və Millət vəkili Novruzəli Aslanov  Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalan, eləcə də bu döyüşlərdə sağlamlığını itirən igidlərimizin ailələrini ziyarət ediblər.
Şəffaflıq.az xəbər verir ki,qonaqlar ilk olaraq İsmayıllının Diyallı kəndindən olan şəhid Tural Şıxızadənin evində olub, onun ailəsi ilə səmimi söhbət edərək qayğıları ilə maraqlanıb, şəhidin xatirəsinə həsr olunmuş guşə ilə yaxından tanış olublar, görüşdə hər bir soydaşımızın torpaqların azad olunmasında mərdliklə döyüşən oğullarımız ilə fəxr etdiyini diqqətə çatdırıblar. Qeyd olunub ki, bu tarixi Zəfərin əldə olunmasında xidmətləri olan hər kəsi xalqımız daim minnətdarlıqla yad edir. 

Daha sonra görüş həmin kəndin qazisi Əhəd Həsənovun ailəsində davam edib. Səmimi keçən görüşdə Əhəd keçdiyi döyüş yolundan,döyüş yoldaşlarının ruh yüksəkliyindən, yüksək rütbəli zabitlərin öz əsgərləri ilə çiyin - çiyinə  vuruşmasından, əsgərlərə diqqət və qayğılarından  danışıb. Rayon rəhbərliyi dövlətimizin hər zaman şəhid və qazi ailələrini diqqətdə saxladığını qeyd edib. 
Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Tural Şıxızadə ölümündən sonra "Vətən uğrunda"  və “Suqovuşanın azad olunmasına görə” Əhəd Həsənov  isə "Vətən uğrunda"  , “Qubadlının azad olunmasına görə” və “Laçın azad olunmasına görə” medalları ilə təltif edilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}