İsmayıllıda rayon rəhbəri və millət vəkili iftarını şəhid ailəsi ilə açıb.-FOTO
Azərbaycan həmişə islam dünyasının tarixi-mədəni mərkəzlərindən biri olmuş, xalqımız əsrlər boyu öz dininə və milli mənəvi dəyərlərinə sadiqliyini qoruyub saxlamışdır.
Ramaza ayı həmrəylik, mərhəmət, dostluq, qardaşlıq, sevgi ayıdır. Bütün bayramlarda, özəl günlərdə şəhid ailələrinin, qazilərin ziyarətinə gedən, onlara dəstək olan rayonun səlahiyyətli şəxsləri Ramazan ayında da bu ənənəni davam etdirib.
Şəffaflıq.az xəbər verir ki, ramazanın 23-cü gününün iftarını İcra başçısı Nahid Bağırov və millət vəkili Novruzəli Aslanov Maçaxı kəndində Vətən müharibəsi şəhidi Əşrəf Məmmədlinin ailə üzvləri ilə açdı. Şəhidin ailə üzvləri rayonun səlahiyyətli şəxslərinə onları ziyarət etdiklərindən məmnunluqlarını bildirmişlər. İftar süfrəsi arxasında Vətən uğrunda canından keçən oğullarımızın ruhuna dualar oxunub, şəhidin şərəfli döyüş yolu ilə bağlı xatirələr yada salınıb və səmimi söhbətlər aparılıb. Əşrəf Məmmədli 1999-cu il sentyabrın 15-də İsmayıllı rayonunun Maçaxı kəndində anadan olub. 2019-cu ilin noyabr ayından Dövlət Sərhəd Xidmətinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Əşrəf Məmmədli 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Həmin döyüşlər zamanı oktyabrın 17-də şəhid olub. İsmayıllı rayonunun Maçaxı kəndində dəfn olunub. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Əşrəf Məmmədli ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Dəyanət İsmayılov.
İsmayıllı rayonu
Şəffaflıq.az
Facebook-da paylaş