Aprel döyüşləri böyük zəfərin başlanğıcıdır...-FOTO
Bu gün Mikayılın anım günündə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyəti nümayəndələri və gənclər karantin qaydalarına əməl etməklə, ailəsi ilə birlikdə Mikayılın məzarını ziyarət ediblər.
Şəhidin məzarı üzərinə qərənfillər düzüb, ruhuna dualar oxuyub, ailəyə səbr, dözüm diləyib, başsağlığı veriblər. Sonra rayon rəhbərliyi şəhidin böyüyüb boya-başa çatdığı evdə olub, onun ev muzeyinə baxış keçiriblər. Üçrəngli Bayrağımızı, Vətənimizi canından çox sevən, bu sevgi yolunda canından keçən Mikayılın haqqında kitab yazılmış, sənədli film çəkilmiş, çox sayda məqalələr, şeirlər həsr olunmuşdur. Mikayıl Vahabzadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Ad günlərində, bayramlarda, Aprel Döyüşlərinin ildönümü günlərində, Mikayılın məzarını ziyarət etməyə çoxsaylı insanlar gəlir.
Bu gün həmçinin Mikayılın həmkəndlisi Vətən müharibəsində şəhid olan gizir Məmmədli Əşrəf Elman oğlunun da məzarı ziyarət olundu, ailəsinə baş çəkildi.
Ailə ilə səmimi söhbət edildi. Hər iki şəhidin valideynləri göstərilən diqqət və qayğıya görə rayon rəhbərinə öz təşəkkürlərini bildirdilər. Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş vətən oğullarının xatirəsi həmişə ehtiramla anılır. Müzəffər Azərbaycan ordusu 44 gün ərzində Vətən müharibəsində bütün şəhidlərimizin qisasını aldı və bizə qələbə sevinci yaşatdı.
Dəyanət İsmayılov.
İsmayıllı
Şəffaflıq.az
Facebook-da paylaş