İsmayıllı rayonundan olan şəhidin cənnətdəki ilk ad günü onun məzarı yanında qeyd olunub


 

Torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan İsmayıllı şəhər sakini Həmzəyev Novruz Bəkir oğlunun doğum günü uyuduğu Şəhidlər Xiyabanında məzarı yanında anılıb.

Anım mərasimində rayon icra hakimiyyətinin məsul əməkdaşları, şəhər İƏD üzrə nümayəndəlik, şəhidin yaxınları, gənclər və idman idarəsi, I-II Qarabağ müharibəsi iştirakçıları və şəhər sakinləri mövcud pandemiya qaydaları gözlənilməklə şəhidin məzarını ziyarət ediblər.

Yaşasaydı, Novruzun 29 yaşı olacaqdı. O, 1992-ci ilin martın 21-də İsmayıllıda anadan olub. Məktəbi bitirdikdən sonra 2010-cu ildə hərbi xidmətə gedib. Xidmətini başa vurduqdan sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Kəşfiyyatçı Manqa komandiri ixtisasını bitirib. Novruz İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlının giziri ZTR döyüş maşın komandiri kimi xidmət edib. Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra “Vətən uğrunda” və “Şuşa uğrunda “ döyüş medalı ilə təltif olunub.

Mərasim iştirakçıları rayonun Şəhidlər Xiyabanını ziyarət edərək məzarlar önünə gül dəstələri, Novruzun atributlarından olan səmənilər qoyublar.

Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil olunan mərasimdə idarə və təşkilatlarda iştirak edərək şəhidin ailə üzvlərinə başsağlığı veriblər.

Çıxışçılar şəhid Novruz Həmzəyevin şərəfli ömür yolundan danışarkən qeyd ediblər ki, o, döyüş meydanından 127 şəhid və yaralı çıxarıb. Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı, Zəngilan, Suqovuşan və Talış kəndlərinin alınmasında xüsusi qəhrəmanlıq göstərib. Noyabrın 7-də Şuşa ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Həmçinin bildirilib ki, şəhid Novruz Həmzəyev 2016-cı ildə Aprel döyüşlərində də iştirak edib.

Qeyd olunub ki, biz ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən Müharibəsində güclü həmrəyliyin, yenilməz ruhun bir daha şahidi olduq. Vətən müharibəsində Azərbaycan gəncliyi öz vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi.

Şəhid Novruz Həmzəyevin oxuduğu şəhər 6 saylı tam orta məktəbinin şagirdləri onun xatirəsini şerlərlə yad etdilər.

Şəhidin ailə üzvləri övladları ilə fəxr etdiklərini söyləyib, şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildiriblər.

Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən I-II Qarabağ müharibəsində şəhid olanların məzarları ziyarət olunub, ruhlarına Qurandan ayələr oxunub, dualar edilib.














 

İsmayıllı rayonu
Vahid İsmayılov,
Yanoş Məhərrəmov

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}