İsmayıllı rayonunda Vətən müharibəsinin molokan döyüşçüləri ilə görüş keçirilib

 

İsmayıllı rayonunun İvanovka kəndində Vətən müharibəsinin iştirakçıları ilə görüş keçirilib. Tədbirdə İsmayıllı RİH-nin başçısı, icra hakimiyyətinin digər əməkdaşları və Nikitin adına kolxozun əməkdaşları iştirak ediblər. Rayon rəhbərliyi görüş zamanı bildirib ki, Vətən müharibəsində ölkəmizin digər azsaylı xalqları ilə yanaşı rus (molokan) icması da fədakarlıq və rəşadət göstərib, torpaqlarımızın azadlığı uğrunda mübarizə aparıblar. Vətən müharibəsində iştirak edən 5 nəfər döyüşçü tərxis olunub, hal-hazırda 3 nəfər molokan sakinimiz isə Milli Orduda xidmətini davam etdirir. Molokan döyüşçülərinin İkinci Qarabağ müharibəsində göstərdikləri qəhrəmanlıqdan hələ çox danışılacağını qeyd edən rayon rəhbəri xatırladıb ki, arxa cəbhədə də İvanovka kəndinin sakinləri orduya dəstək aksiyaları keçirmiş, həmçinin ön cəbhəyə yardım göndərilməsində könüllü iştirak ediblər. Eyni zamanda qeyd edək ki, İkinci Qarabağ müharibəsində İvanovka kəndindən bir nəfər sakinimiz də şəhidlik zirvəsinə ucalıb. Allahdan onun yaxınlarına səbir arzulayırıq. Vətən müharibəsi iştirakçıları da öz döyüş təsürratlarından və keçdikləri zəfər yolundan danışıblar. Səmimi keçən görüşdə döyüşçülər uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və rəhbərliyi sayəsində azad edildiyini, bu yolda canlarından keçmiş şəhidlərimizin xatirəsinin daim əziz tutulduğunu diqqətə çatdırıblar. Həmçinin müharibədə baş verən xatirələrindən söz açaraq qeyd ediblər ki, doğulub böyüdükləri özlərinə vətən bildikləri Azərbaycan torpaqlarına biganə qalmayıb könüllü döyüşlərdə iştirak ediblər. Onlar bildiriblər ki, ermənilər güclü Azərbaycan ordusunu qarşılarında gördükdə, mövqelərini tərk edərək qorxaq kimi qaçırdılar.

Rayon İcra Hakimiyyətinin başçısı görüşdə bildirib ki, dövlət tərəfindən şəhid və qazilərimizin ailələlərinə daim diqqət və qayğı ilə yanaşılır. Hal-hazırda döyüşçülərimizin hər hansı bir problemləri varsa, həll etməyə hazır olduğunu RİH başçısı bildirib.

Döyüşçülər də öz növbəsində problemlərinin olmadığını kolxozda işləmək istədiklərini, digərləri isə Bakıda və kolxozda işlədiklərini bildiriblər. Yaradılan şəraitə və göstərilən diqqətə görə dövlət başçısı cənab İlham Əliyevə və ölkənin Birinci xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Məlumat üçün bildiririk ki, multikultiralizmliyi və tolerantlığı ilə dünyaya nümunə olan Azərbaycanın ən multikultural rayonlarından biri də İsmayıllı rayonudur. Burada bir neçə azsaylı xalqlar bir-biri ilə yaxın qonşuluq, səmimi dostluq şəraitində yaşayırlar.




 

Şəffaflıq.az
Vahid İsmayılov

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}