Ermənistan MTX azərbaycanlı sərhədçiyə hücumla bağlı araşdırmaya başlayıb"
Bu barədə Şəffaflıq.az Ermənistan KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Azərbaycanın Dövlət Sərhəd Xidməti sərhəd zastavalarından birində hücum barədə Ermənistan tərəfini məlumatlandırıb.
“Hazırda Ermənistan Respublikasının MTX-nin Sərhəd Qoşunları Azərbaycan tərəfinin təqdim etdiyi məlumat əsasında operativ araşdırma və axtarış tədbirləri həyata keçirirlər”, - Ermənistan MTX-nin Mətbuat Xidmətinin məlumatında deyilir.
Xatırladaq ki, avqustun 25-də iki erməni hərbçi Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının əsgəri Ruslan Şirəliyevə süngü bıçağı ilə hücum ediblər. Hadisə “Qubadlı” əlahiddə sərhəd diviziyasının Gorus-Qafan yolunun Aşağı Cibikli kəndi yaxınlığında yerləşən məntəqəsinin ərazisində baş verib. Sərhəd qulluqçularının köməyə gəldiyini görən erməni hərbçilər qaçıblar. Hazırda yaralı əsrgərin həyatı üçün heç bir təhlükə yoxdur.
Facebook-da paylaş