“KEŞİKÇİDAĞ”DA GƏRGİNLİK
Silahlı şəxs Gürcüstan sərhədçisini girov götürüb Azərbaycana tərəf irəlilədi, atəş açıldı
Gürcüstan mediası Azərbaycan Respublikası ilə dövlət sərhədinin yaxınlığında Gürcüstan ərazisində silahlı insidentin baş verməsi ilə bağlı məlumat yayıb.
Vəziyyəti aydınlaşdırmaq üçün virtualaz.org Azərbaycan Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətinə müraciət edib. Məlum olub ki, həqiqətən bu gün saat 12:40 radələrində Gürcüstanın sərhəd polisinin Çitelexide sahəsi üzrə sərhəd nümayəndəsi Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin rəisi ilə əlaqə saxlayaraq, “Keşikçi Qala” sərhəd zastavasının xidməti ərazisi ilə üzbəüzdə - Gürcüstan ərazisində hərbi geyimli naməlum şəxsin Gürcüstan sərhədçisini girov götürərək sərhəd xəttinə doğru irəliləməsi barədə məlumat verib.
Daxil olmuş məlumat əsasında dərhal təxirəsalınmaz işlər görülüb, qeyd olunan istiqamətdə dövlət sərhədinin mühafizəsi gücləndirilib, həmin şəxslərin Azərbaycan ərazisinə keçmək cəhdinə yol verməmək üçün qabaqlayıcı tədbirlər həyata keçirilib.
Şəffaflıq.az
Facebook-da paylaş