General Elçin Quliyev rəisi işdən çıxardı

 Xidməti müşavirədə Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarətinin “Şıxlı” sərhəd nəzarəti məntəqəsinin rəisi polkovnik-ley­tenant Gündüz Qafarov xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən kənarlaşdırılıb.
Şəffaflıq.az xəbər veri ki, bu barədə qərar DSX-da dövlət sərhədindən buraxılış məntəqələrində mövcud vəziyyətlə əlaqədar keçirilən xidməti müşavirədə elan olunub.
Dövlət sərhədindən buraxılış məntəqələrində etik davranış qay­dalarının və vətəndaşların hü­quq­larının pozulması, onlara qarşı ko­budluq edilməsi, korrupsiya hallarına və xidməti pozuntulara qarşı ciddi mübarizə aparılması, təkcə cari il ərzində xidmətlərində yol ver­dikləri nöqsanlara görə 55 hərbi qulluqçunun sərhəd nəzarəti sahəsindən kənarlaşdırılması qeyd edilib. (Report)

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}