Əsas Səhifə > REGİON > Ermənistan MTX azərbaycanlı sərhədçiyə hücumla bağlı araşdırmaya başlayıb"
Ermənistan MTX azərbaycanlı sərhədçiyə hücumla bağlı araşdırmaya başlayıb"27-08-2021, 18:00 |
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) Sərhəd Xidməti azərbaycanlı sərhədçiyə hücum etmiş erməni hərbçilərin şəxsiyyətinin müəyyən edilməsi ilə bağlı operativ axtarış tədbirlərinə başlayıb. Bu barədə Şəffaflıq.az Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, Azərbaycanın Dövlət Sərhəd Xidməti sərhəd zastavalarından birində hücum barədə Ermənistan tərəfini məlumatlandırıb. “Hazırda Ermənistan Respublikasının MTX-nin Sərhəd Qoşunları Azərbaycan tərəfinin təqdim etdiyi məlumat əsasında operativ araşdırma və axtarış tədbirləri həyata keçirirlər”, - Ermənistan MTX-nin Mətbuat Xidmətinin məlumatında deyilir. Xatırladaq ki, avqustun 25-də iki erməni hərbçi Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının əsgəri Ruslan Şirəliyevə süngü bıçağı ilə hücum ediblər. Hadisə “Qubadlı” əlahiddə sərhəd diviziyasının Gorus-Qafan yolunun Aşağı Cibikli kəndi yaxınlığında yerləşən məntəqəsinin ərazisində baş verib. Sərhəd qulluqçularının köməyə gəldiyini görən erməni hərbçilər qaçıblar. Hazırda yaralı əsrgərin həyatı üçün heç bir təhlükə yoxdur. Geri qayıt |