Bakında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2,4 mlrd manatı ötüb

  Bu ilin yanvar-iyul aylarında Bakında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,3 % artaraq 2 milyard 426 milyon manat olub.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.

Bildirilir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 035 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 83,9 %-ni təşkil edib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}