Azərbaycanda mobil operatorların gəlirlərinin azaldığı deyilir

 

2021-ci ilin yanvar-fevral aylarında informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 354,9 milyon manatlıq xidmət göstərilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 4,5 faiz azalıb.

Bildirilib ki, bu xidmətlərin 75 faizi əhali tərəfindən istehlak olunub.

Xidmətlərdən əldə edilən gəlirin 40,9 faizi və ya 145 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb. Bu rəqəm 2020-ci ilin ilk iki ayı ilə müqayisədə 2,09 faiz azdır.  

Qeyd edək ki, ötən ilin müvafiq dövründə mobil operatorlar tərəfindən 148,1 milyon manatlıq xidmət göstərilib.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}