Azərbaycanda pandemiya dövründə mobil operatorların gəlirləri açıqlandı


 

Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2020-ci ilin yanvar-may aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 4,5 faiz artaraq 859,7 milyon manat təşkil edib.

Şəffaflıq.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, göstərilən xidmətin 71,9 faizi əhali tərəfindən istehlak olunub. Bu sahədə əldə edilmiş gəlirin 79,9 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 42,2 faizi və ya 362,8 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}