Azərbaycanda 7,5 milyard manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib
2020-ci ilin yanvar-oktyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 7 milyard 480 milyon manat təşkil edib.
Şəffaflıq.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu məhsulların 3 milyard 634,3 milyon manatı heyvandarlıq, 3 milyard 845,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 1,6 faiz artıb.
Eləcə də, heyvandarlıq məhsulları üzrə istehsal 3 faiz, bitkiçilik məhsulları üzrə istehsal həcmi isə 0,2 faiz artıb.
Xəbəri paylaş
Facebook-da paylaş