Qaxda mikroavtobus qəzaya uğrayıb, 5 nəfər xəsarət alıb


Qax rayonunda yol qəzası baş verib.
Şəffaflıq.az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında İlisu-Qax avtomobil yolunun rayonun Qaxbaş kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı mikroavtobus yol kənarında dayanmış "Mercedes" markalı minik avtomobilini arxadan vurub. Nəticədə minik avtomobili işıq dirəyinə çırpılıb. Qəza zamanı hər iki avtomobildə olan 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır."Report"





 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}