Bakıdan Zaqatalaya gedən "Mersedes Bens VİTO " markalı mikroavtobus qəzaya uğrayıb.

 Bakıdan Zaqatalaya gedən "Mersedes Bens VİTO " markalı mikroavtobus qəzaya uğrayıb.
Şəffaflıq.az APA-ya istinadən bildirir ki, hadisə bu gün saat 16 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Şəki rayonu ərazisindən keçən hissəsində baş verib.
Zaqatala rayon sakini, Şahin Əflatun oğlu Əlixanovun idarə etdiyi "Mersedes Bens VİTO " markalı, 99 SC 071 dövlət nömrə mikroavtobus ilə Bakıdan Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşın aşıb. Qəza baş verən zaman avtomobildə sürücü və 5 nəfər sərnişin olub.
Qəza zamanı xəsarət alan şəxslər Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.
Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}