Şamaxıda süni mayalandırma yolu ilə 525 baş cins buzov alınıb
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, 2021-ci ilin ilk altı ayında heyvanların süni mayalandırılmasından 525 baş cins buzov alınıb.
Bölgədə mal-qaranın cinsləşdirilməsi heyvandarlıq məhsulları istehsalının diqqətəlayiq dərəcədə artmasına səbəb olub. Belə ki, keçən illə müqayisədə süd istehsalı 16,9 faiz, ət istehsalı 4,5 faiz artıb.
Facebook-da paylaş