Şamaxıda sənaye məhsullarının istehsalı artıb

 Şamaxı rayonunda 2019-cu ilin səkkiz ayında 4 milyon 799,4 min manatlıq sənaye məhsulları istehsal edilib.
Rayon Statistika İdarəsindən bildirilib ki, istehsal olunan sənaye məhsulları və göstərilən xidmətlər 2018-ci illə müqayisədə 609,6 min manat artıb.
Qeyd edək ki, regionlarda iqtisadiyyatın ayrı-ayrı sahələrinə göstərilən dövlət dəstəyi, sahibkarlar üçün yaradılan əlverişli şərait aqrar bölgə olan Şamaxıda iqtisadiyyatın şaxələndirilməsinə, o cümlədən sənayenin inkişafına güclü təkan verir.Azərtac

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}