Abşeronda qadına qarşı soyğunçuluq edildi
Abşeronda qadına qarşı soyğunçuluq edilib.
Şəffaflıq.az xəbər verir ki, hadisə Digah yolunda baş verib.
Belə ki, vətəndaş İlhamə Məmmədova Mehdiabad Polis bölməsinə ərizə ilə müraciət edərək ona qarşı soyğunçuluq edildiyini bildirilib. Dərhal əməliyyat qrupu yaradılıb və hadisə yerinə baxış keçirilib. Təhlükəsizlik şəhər kameraları ilə həmin şəxslərin hadisə zamanı istifadə etdikləri avtomobil müəyyən edilib. Keçirilən əməliyyat zamanı 34 yaşlı Fərid Əliyev və tanışı 28 yaşlı Göyüş Vəliyev tutulublar.
Hər iki şəxs barəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Xəbəri paylaş
Facebook-da paylaş