Bakının mərkəzində əcnəbilərə qarşı CİNAYƏT


 

Əcnəbi vətəndaşları talayan şəxs tutulub.

Şəffaflıq.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə müraciət edən 2 əcnəbi vətəndaş avqustun 28-də axşam saatlarında N.Rəfibəyli küçəsində onlara yaxınlaşan naməlum şəxsin içərisində 100 manat, 100 ABŞ dolları və 200 real olan pulqabılarını soyğunçuluq yolu ilə talandığını bildiriblər.

Müraciətlə əlaqədar dərhal "isti izlər”lə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Miriyev müəyyən edilərək tutulub.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin araşdırma aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}