Kürdəmir sakini həmkəndlisini döyərək pulunu alıb

     Kürdəmirdə mağaza sahibinə qarşı soyğunçuluq edən şəxs saxlanılıb.
Şəffaflıq.az  xəbər verir ki, rayonun Sığırlı kənd sakini Qurbanov Səlahəddin Kürdəmir Rayon Polis Şöbəsinə müraciət edərək Qaçay adlı şəxsin onu döyərək 600 manat zorla pulunu aldığını və sahibi olduğu mağazadan 550 manat dəyərində mobil danışıq kartlarını götürərək qaçdığı barədə məlumat verib.
Keçirilmiş əməliyyat-tədbirləri nəticəsində hadisəni törədən Sığırlı kənd sakini Qaçayev Qaçay polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib.
Məlum olub ki, Qaçay Qaçayev müştəri qismində S.Qurbanova məxsus mağazaya girərək, onunla mübahisə edib və mağaza sahibinə qarşı soyğunçuluq əməli törədib.
İlkin dindirmə zamanı saxlanılan şəxs cinayət əməlini etiraf edib və qarşı tərəfdən üzr istəyərək onu bağışlamasını istəyib.
Faktla bağlı Kürdəmir RPŞ-da cinayət işi açılıb və araşdırma aparılır.




Şəffaflıq.az 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}