Rusiyada koronavirusdan maksimum ölüm qeydə alınıb
Rusiyada ötən gün koronavirusdan bir gündə 669 nəfər ölüb.
Şəffaflıq.az “İnterfax”-a istinadən xəbər verir ki, bu, pandemiya başlayandan ən yüksək göstəricidir.
Sutkalıq yoluxma 21 042 nəfər təşkil edib.
Ən çox ölüm Moskva (117 nəfər) və Sankt-Peterburqda (111 nəfər) qeydə alınıb.
Xatırladaq ki, koronavirusun həm “Delta”, həm də “Delta+” ştammları tapılan Rusiyada ötən gün koronavirusdan ölüm sayı 652 olub.
Xəbəri paylaş
Facebook-da paylaş