Rusiyada koronavirusla bağlı vəziyyət pisləşir: Moskvada dörd gün ard-arda rekord
Rusiyada son sutka ərzində koronavirusa 20 393 yeni yoluxma qeydə alınıb.
Şəffaflıq.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.
Ölkədə son sutka ərzində 601 nəfər koronavirusdan ölüb. Bu, ötən ilin dekabrından bu yana ən yüksək ölüm göstəricisi olub.
Rusiya paytaxtında son 24 saatda 7 916 yeni yoluxma qeydə alınıb, 98 nəfər koronavirusdan ölüb.
Qeyd olunur ki, Moskva şəhərində koronavirusdan ölüm hallarının sutkalıq sayı ardıcıl dörd gündür ki, rekord qırır.
Xəbəri paylaş
Facebook-da paylaş