Əsas Səhifə > Gündəm / Dünya > Rusiyada koronavirusdan maksimum ölüm qeydə alınıb

Rusiyada koronavirusdan maksimum ölüm qeydə alınıb


1-07-2021, 09:31
 


Rusiyada ötən gün koronavirusdan bir gündə 669 nəfər ölüb.

Şəffaflıq.az “İnterfax”-a istinadən xəbər verir ki, bu, pandemiya başlayandan ən yüksək göstəricidir.

Sutkalıq yoluxma 21 042 nəfər təşkil edib.

Ən çox ölüm Moskva (117 nəfər) və Sankt-Peterburqda (111 nəfər) qeydə alınıb.

Xatırladaq ki, koronavirusun həm “Delta”, həm də “Delta+” ştammları tapılan Rusiyada ötən gün koronavirusdan ölüm sayı 652 olub.

Geri qayıt