Ukraynada koronavirusdan maksimum ölüm qeydə alındı

 Ukraynada 11 833 nəfərdə koronavirusun aşkar edilməsi ilə ümumi yoluxma sayı 1 489 23-ə çatıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama verib.


Ölkədə ötən sutkada 289 ölüm hadisəsi qeydə alınıb ki, bu da pandemiya dövründə ən yüksək göstəricidir.


Bununla da, koronavirusdan ölüm sayı 28 986-ya çatıb.


Ukraynanın paytaxtı Kiyevdə ilin əvvəlindən koronavirusa maksimum gündəlik yoluxma müəyyən olunub (1 121 nəfər).


Qeyd edək ki, Ukraynada fevralın 24-dən “AstraZeneca” peyvəndi ilə kütləvi vaksinasiya başlayıb.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}